Göygöldə açıq ərazidən kişi meyiti tapılıb
12 Noyabr 2026, 22:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
4485
03.04.2021, 20:53
25 mart 2021-ci il tarixdə Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib.
Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olmuş uzunmüddətli mübahisələr səbəbindən sonuncuların 25 mart 2021-ci il tarixdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
23:40 / 12 Noyabr 2026
36
23:34 / 12 Noyabr 2026
41
23:24 / 12 Noyabr 2026
139
23:20 / 12 Noyabr 2026
58
23:19 / 12 Noyabr 2026
25
23:18 / 12 Noyabr 2026
63
23:12 / 12 Noyabr 2026
62
23:03 / 12 Noyabr 2026
74
23:02 / 12 Noyabr 2026
156
22:59 / 12 Noyabr 2026
71
22:55 / 12 Noyabr 2026
81
22:49 / 12 Noyabr 2026
94
22:40 / 12 Noyabr 2026
77
22:24 / 12 Noyabr 2026
139
22:21 / 12 Noyabr 2026
87
22:13 / 12 Noyabr 2026
100
21:55 / 12 Noyabr 2026
94
21:39 / 12 Noyabr 2026
102
21:26 / 12 Noyabr 2026
1136
21:19 / 12 Noyabr 2026
113
21:04 / 12 Noyabr 2026
108
20:55 / 12 Noyabr 2026
361
20:42 / 12 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.