Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4876
az

Qızı zorlayıb boğdu, anasının isə başını kəsdi - Cəlilabadda ŞOK OLAY

13:1230 Avqust, 2018
8069
KRİMİNAL
  • A
Cəlilabad rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 86 yaşlı Firuzə Əskərova və onun qızı 46 yaşlı Sənubər Əskərovanı öldürməkdə şübhəli bilinən qonşuları, “Cıkma” ləqəbli Yaşar Bayramov saxlanılıb.

 “Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. “Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini deyib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.

İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb.Belə ki, o, Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisəsi yaranıb.

Axşam saatlarında onların evinə gedən Y.Bayramov S.Əskərovanı zorlayıb, sonra isə boğaraq öldürüb. F.Əskərovanı isə evin arxasında başını kəsib və tövləyə qədər sürüyərək aparıb. Qan izləri də yerdə qalıb. Onun başı kəsilmiş meyitini tövlədə qoyaraq çıxıb gedib.

S.Əskərova ailə həyatı qurmayıb. O anası ilə həmin evdə tək yaşayıb.

Y.Bayramov 3 dəfə evil olub. Birinci arvadından 3 övladı dünyaya gəlib, indi isə 3-cü arvadı hamilədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı