Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli yol qəzası baş verib…

2018-08/1535389425_qezar.jpg

KRİMİNAL

1088

27.08.2018, 21:04

\"\" İsmayıllı rayonunda yol qəzası baş verib.
Oxu24.com-un Report-a istinadən xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 24-cü kilometrliyində qeydə alınıb. Belə ki, İsmayıllı rayonunun Ruşan kənd sakini İslam Mahir oğlu Şirinovun idarə etdiyi “VAZ-2107” markalı 90-GL-092 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun sol hissəsində dayanmış rayon sakini Tahir Ağasadıq oğlu Məmmədova məxsus “QAZ-53” markalı 31-BC-546 dövlət nömrə nişanlı yük avtomobilinə çırplıb. Qəza nəticəsində minik maşını iki hisəyə bölünüb. İ.Şirinov aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobildə olan sərnişinlər – Nazxanım Yolçu qızı Məmmədova və onun qızı Elvira Afəddin qızı Məmmədova ağır xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.