Qaynar xətt:

(+99450) 247 90 86

Kənd kafesində fahişəxana aşkarlandı

Kənd kafesində fahişəxana aşkarlandı

KRİMİNAL

2364

27.08.2018, 10:12

\"\" Xaçmaz rayonunda əxlaqsızlıq yuvası aşkar edilib.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarına Xaçmaz rayonu Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının avqustun 25-də, gecə saatlarında keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan iki qadın saxlanılıb. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.