Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4764
az

Bakıda prodüserin atasının məzarına boya töküb, rənglədilər - FOTO

00:1126 Avqust, 2018
899
KRİMİNAL
  • A
 Tanınmış prodüser və aparıcı Sayqa Cahidin atasının məzarına hörmətsizlik olub.

Oxu24.com Oxu.Az-a istinaden xəbər verir ki, onun valideyninin məzarının üstü rənglənib.

Belə ki, məzarın sinə daşının üstü və qəbrin kimə aid olduğunu bildirən ad, soyad və digər məlumatların yazıldığı hissə ağ rənglə boyanıb.

Bu barədə prodüser “Instagram” hesabında məlumat yayıb.

“Bu hərəkət şərəfsizlikdi və bu gün mənim doğmamım qəbrinə belə bir hörmətsizlik, təhqir olunubsa, sabah başqasının başına da gələ bilər”, - deyə Sayqa yazıb.

O, daha sonra məzarın boyanmasının səbəbkarının qəbiristanlığın işçiləri olmasını bildirib:

“Qəbiristanlıqdakı nəzarətsizlik, çox sayda azyaşlı uşaqların işləməyi, avaralanmağı və s. Günah orada çalışanlardadı. Dünən orada biri dedi ki, aylıq pul versəniz, belə şey olmaz. Aylıq isə 25-30 manatdır. Bəlkə də səbəb budur.

Sinə daşını rəngləyiblər. Heç qohumlarımın çoxu bilmir məzarın yeri haradadı. Bu, düşmənçilik filan deyil. Oranın işçilərinin işidi. Çoxlarının qəbirləri belə təhqir olunur, susurlar. Atam ilyarımdı rəhmətə gedib. 80 yaşı olacaqdı. Edən heç o yaşın yarısını görməsin”.

Qeyd edək ki, Sayqa Cahidin atası Binəqədi qəbiristanlığında dəfn edilib.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR