Türkiyənin Bursa şəhərində 3 yaşlı oğlunun beşinci mərtəbədən yıxıldığını görən ana özünü pəncərədən atıb.
Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində uşaq ölüb, ana isə ağır yaralanıb.
Nigar.K oğlu Əbdülvahab ilə yataq xəstəsi olan anasının evinə gəlib. Uşaq evin həyətə baxan yataq otağının eyvanına çıxıb. Bir müddət sonra səs eşidərək eyvana çıxan qadın oğlunun 5-ci mərtəbədən aşağı düşdüyünü görüb. Oğlunun cansız bədənini yerdə görən qadın evin digər pəncərəsindən özünü aşağı atıb. O, həyətdəki avtomobilin üzərinə düşüb.
Dərhal hadisə yerinə gələn təcili yardım maşınları qadını və oğlunu xəstəxanaya aparıb. Bütün müdaxilələrə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Qadın isə xəstəxanada müalicə alır.
Qadının psixoloji problemlərinin olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb. Oxu24.com
ŞƏRHLƏR