Qaynar xətt:

(+99450) 247 90 86

Paytaxtda və regionlarda əməliyyat: həbs olunanlar var

2018-08/1535220480_polismasinii.jpg

KRİMİNAL

954

25.08.2018, 22:08

\"\" Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən əməliyyat keçirilib.
 Oxu24.com Milli.Az-a istinaden  xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərinin ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Həsənovdan 230 qram heroin götürülüb. Daha bir əməliyyat Goranboy rayonunda keçirilib. Əldə edilən məlumat əsasında Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sarovlu kənd sakini Xəqani Rzayev saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Oxşar əməliyyat Lənkəranda da baş tutub. Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Nüvədi kənd sakini Teymur Teymurova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu aşkar edilib. Hər üç faktla bağlı cinayət işi başlanıb.