Qaynar xətt:

(+99450) 247 90 86

Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu - Fotolar

2018-08/1534851789_qyn.jpg

KRİMİNAL

1656

21.08.2018, 15:43

\"\" Musavat.com –un müxbiri qurbanlıq heyvanların satışı yarmarkasında dəhşətli mənzərənin şahidi olub.
Yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub. Buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan tələf olub. Heyvan sahiblərinin özləri də bu vəziyyətdən yarmarkada xəbər tutublar. Öyrəndik ki, heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib. Müşahidə etdik ki, heyvanlar yük maşınından düşürdülərkən ölü vəziyyətdə olublar. 70 heyvandan cəmi 4-ü sağ qalıb. Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər. \"\"