Qaynar xətt:

(+99450) 247 90 86

Yaşlı kişi faciəli şəkildə öldü  -  VİDEO

Yaşlı kişi faciəli şəkildə öldü  -  VİDEO

KRİMİNAL

4039

25.12.2020, 23:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabadda 81 yaşlı kişini avtomobil vuraraq öldürüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sabirabad rayonunun Suqovuşan kənd sakini, 1988-ci il təvəllüdlü Əhmədov Elşad Eldar oğlu idarə etdiyi “Mercedes” markalı 54 BX 250 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Kürkəndi kənd sakini, 1939-cu il təvəllüdlü Əhədov Əliheydər Saday oğlunu vurub.

Nəticədə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən piyada aldığı kəllə-beyin travmasından orda  keçinib. 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.