Qaynar xətt:

(+99450) 247 90 86

Polis bazarda əməliyyat keçirdi: Tutulan var

Polis bazarda əməliyyat keçirdi: Tutulan var

KRİMİNAL

2526

24.12.2020, 14:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağstafa rayonunda pirotexniki vasitələti satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 23-də şəhər bazarında  şəhər sakini T. Zeynalovdan 108 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.

T. Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) maddəsi ilə protokol tərtib edilib, toplanmış material rayon məhkəməsinə göndərilib.