"Bandotdel"in tutduğu şəxsi Mehdiyevin qızı ilə nə BAĞLAYIR?
14 Noyabr 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2583
23.12.2020, 14:05
Bir ay əvvəl Bakıda intihar edən iş adamı ilə bağlı sensasion təfərrüatlar üzə çıxıb.
Bir aydan artıq vaxt keçməsinə baxmayaraq, 36 yaşlı iş adamının intihar səbəbi hələlik açıqlanmasa da, onun tanınmış müğənni Roza Zərgərlinin qızı ilə sevgi münasibətləri olduğu iddia olunur.
Nəsimi rayon Prokurorluğu istintaq sirri olduğunu əsas gətirərək iddialara aydınlıq gətirmədi. Roza Zərgərli və qızı Bənövşə də Criminal.az saytının onlara ünvanladığı suallara cavab verməkdən imtina edib. R.Zərgərlinin şəxsi "Whatsapp"nömrəsinə göndərilən suallara özünü müğənninin köməkçisi kimi təqdim edən şəxs tərəfindən verdiyi cavabı olduğu kimi təqdim edirik:
"Mən Roza Zərgərlinin nümayəndəsi kimi sizə istədiyimi yaza bilmərəm, yalnız informasiya verə bilərəm. Amma niyyətiniz aydındır, lakin müzakirəsi səlahətimdə deyil. Roza Zərgərli kimə intervyu verib verməməyini, özü qərar vermir. Sənəti və biznes tərəfi tam olaraq Boomerang Label şirkətinə aiddir(məhsusdur). Bilmirsizsə əgər. Ona görə növbənizi gözləyəcəksiniz, və sizinlə sabah əlaqə saxlanılacaq və lazımlı informasiya veriləcək. Siz, hal hazırda danışıqda, qarşınızdaki(məni) insanı sıxmaq və kalabalık yaratmaq niyyətindəsiniz,(şəxsi fikrimdi) o üzdən sizə bir daha deirəm, mənim işim sadəcə informasiya çatdırmaqdı. Sabah sizinlə əlaqə saxlanılacaq" ********
"Dediyim kimi niyyətiniz bəllidir, sizinlə nəsə müzakirə etməyə səlahətimdə deil. Amma hər bir sözünüzü rəhbərliyə çatdırmaq bir başa işimdir. Sabah növbəniz çatanda sizinlə əlaqə saxlanılacaq. Təşəkkür edirəm".
Xatırladaq ki, hadisə noyabrın 17-də da Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında baş verib. Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir./criminal.az
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.