Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Azərbaycanda məmur intihar etdi

SON DƏQİQƏ: Azərbaycanda məmur intihar etdi

KRİMİNAL

706

12.12.2020, 18:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı intihar edib.

Report-un Muğan bürosunun əldə etdiyi məlumata görə, RİH-in Hüquq şöbəsinin məsləhətçisi, 1959-cu il təvəllüdlü Meyti Əbil oğlu Həsənov özünü asaraq öldürüb.

Onun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib. Dekabrın 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad RİH-in başçısı Namiq Zeynalovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.