Qaynar xətt:

(+99450) 247 90 86

Vurduğu piyadanın öldüyünü bilən sürücünün ürəyi partladı

Vurduğu piyadanın öldüyünü bilən sürücünün ürəyi partladı

KRİMİNAL

2249

12.12.2020, 09:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com bildirir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib. Hadisə zamanı “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyada, Qovlar şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılov Ramis Ənvər oğlunu vurub.
Avtomobilin sürücüsü, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü İmanov Röyal Elcan oğlu dərhal yaralını xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, R.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. Bu xəbərə ürəyi dözməyən R.İmanov da xəstəxanada vəfat edib.