"Bandotdel"in tutduğu şəxsi Mehdiyevin qızı ilə nə BAĞLAYIR?
14 Noyabr 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
998
06.12.2020, 16:47
Ermənistanda Qarabağdan gələn ermənilərə və siyasi xadimlərə qarşı zorakılığa çağırış edən şəxs saxlanılıb.
Oxu24.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, çağırış video-müraciət formasında 13 noyabrda edilib və sosial şəbəkələrdə geniş yayılıb. Daha sonra isə deputatlar da daxil olmaqla, Baş Prokurorluğa müraciətlər daxil olub və bu müraciətlər əsasında “milli, irqi və dini düşmənçiliyə açıq çağırış” maddəsi ilə cinayət işi qaldırılıb, həmin şəxs saxlanılıb.
Burda ən maraqlı məqam “milli, irqi və dini düşmənçiliyə açıq çağırış” maddəsidir. Başqa sözlə desək, təsadüfən istinad edilən maddə əslində mahiyyəti üzə çıxarır.
Məsələ ondadır ki, Ermənistanda yaşayan ermənilər qarabağlı erməniləri heç vaxt özlərininki saymır, onları “albanlardan (və ya azərbaycanlılardan) dönmə” hesab edirlər. Buna görə də vaxtaşırı olaraq onların arasında ciddi toqquşmalar yaşanır.
Əslində, Qarabağ erməniləri arasında özlərini alban və türk soyundan sayanlar da az deyil. Qarabağ Erməniləri Hərəkatının lideri Artur Ağacanov Qarabağdakı ermənilərin “hay” olmadığını, köklərinin isə türk soyuna bağlı olduğunu bildirir.
Bunu bəzi erməni tarixçiləri də istisna etmirlər. Belə ki, alban kilsələrinin erməniləşdirilməsi zamanı müsəlmanlığı qəbul etməyən albanların erməniləşməsi prosesinin getdiyi də nəzərə alınmalıdır.
Qeyd edək ki, Ermənistanda yaşayan ermənilərlə Qarabağdakı ermənilər arasında fikir ayrılıqları son günlər daha da artıb. Az öncə Ermənistan vətəndaşı olan Anait Ovsepyan sosial şəbəkə hesabında Qarabağdan gələn bir erməni ailəni yazığı gəldiyi üçün qəbul etməsi, ancaq onun həyasızlıq edərək, qonaq olduğu evi özününkü sayması, ona etiraz edəndə isə ev sahibini təhqir etməsi barədə paylaşım etmişdi. Ovsepyan nəhayət, polisə müraciət edərək, Qarabağ ermənisini evindən qovmağa məcbur olduğunu bildirmişdi.
10:21 / 15 Noyabr 2026
1
10:18 / 15 Noyabr 2026
16
10:12 / 15 Noyabr 2026
37
09:35 / 15 Noyabr 2026
241
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
341
23:51 / 14 Noyabr 2026
188
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
692
23:01 / 14 Noyabr 2026
531
22:28 / 14 Noyabr 2026
1359
22:19 / 14 Noyabr 2026
172
21:55 / 14 Noyabr 2026
176
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1175
21:04 / 14 Noyabr 2026
1263
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.