Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli hadisə: Meyiti maşından kəsilib çıxarıldı

Azərbaycanda dəhşətli hadisə: Meyiti maşından kəsilib çıxarıldı

KRİMİNAL

1068

03.12.2020, 21:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Siyəzən rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə  Oxu24.com  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində “KamAZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Şıxməmmədov Əli Nurməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.