Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4320
az

“Nərminənin qışqırıq səsini eşitdim, dərhal otağa qaçdım, gördüm ki, ...”- Azərbaycanda bədbəxt hadisə

18:2507 Avqust, 2018
1022
KRİMİNAL
  • A
 Sumqayıt şəhərində 19 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Oxu24.com "report"a istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini 1999-cu il təvəllüdlü Nərmin Rauf qızı Əmirli yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qadının həyat yoldaşının bildirdiyinə görə, hadisə ehtiyyatsızlıqdan baş verib: "Həmin vaxt hamı evdə idi. Mən o biri otaqda idim, birdən digər otaqdan qışqırıq səsi eşitdim, dərhal otağa qaçdım gördüm ki, yoldaşım pəncərədən aşağı düşüb".

Onun sözlərinə görə, N.Əmirli şüşə silmək məqsədi ilə pəncərəyə çıxıb və müvazinətini itirərək yerə yıxılıb.

Qeyd edək ki, N.Əmirli 1 uşaq anasıdır.

Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı