Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4142
az

Jurnalist Aqil Ələsgərin harada saxlanıldığı məlum oldu

09:5001 Avqust, 2018
965
KRİMİNAL
  • A
"Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Oxu24.com Xeberci.org-un məlumatına görə, bunu "facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb.
Sədr bildirib ki, iş gününün sonuna yaxın baş redaktorun yaxınları ondan xəbər ala bilməmələri ilə bağlı Mətbuat Şurasına müraciət ediblər. Müraciət araşdırılıb və Aqil Ələsgərin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldığı məlum olub.
Ə. Amaşov qeyd edib ki, iş günü başa çatdığından məsul şəxslərlə əlaqə yarada bilməyib. O, bu gün Mətbuat Şurası adından DİN-ə müraciət edilərək, jurnalistin saxlanma səbəbinin aydınlaşdırılacağını qeyd edib.
"Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq” deyə, Ə.Amaşov yazıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ