Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39295
az

Azərbaycanda polis polkovniki ÖLDÜRÜLDÜ - ŞOK TƏFƏRRÜAT

16:1625 Sentyabr, 2020
893
KRİMİNAL
  • A
Sentyabrın 24-də Bakının Nərimanov rayonu ərazisindəki evində qətlə yetirilən Tahir Tağıyevin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. Oxu24.com xəbər verir ki, Trend-ə daxil olan məlumata görə, T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Məlumata görə, T.Tağıyev hadisə zamanı evində tək olub. Naməlum şəxs və şəxslər evə daxil olaraq ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirməklə öldürüb. T. Tağıyevin meyiti hadisədən təxminən 1 saat sonra yaxınları tərəfindən mənzilin döşəməsində aşkar edilib. İlkin məlumata görə, T.Tağıyev qisas məqsədilə qətlə yetirilib. Xatırladaq ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qaynıdır. Yunis İldırımzadə fəaliyyəti dayandırılan "Amrahbank" ASC-nin İdarə Heyətinin sədri olub. Qeyd edək ki, T.Tağıyev sentyabrın 24-də axşam saatlarında Bakının Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 57a saylı binadakı mənzilində xüsusi amansızlıqla qətlə yetirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı
Azərbaycanda 18 ildə 86 kişi, 1264 qadın nəfər insan alveri qurbanı olub
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı