Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

KRİMİNAL

391

22.08.2020, 16:18

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com– a verilən məlumata görə, avqustun 21-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində əcnəbi vətəndaş Y. Özbey “DAF” markalı avtomobillə yolu keçən 60-65 yaşlı kişini vurub. Zərbənin gücündən piyada hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.