Qaynar xətt:

(+99450) 247 90 86

Abşeronda iki qardaşı maşın vurdu - Biri öldü

Abşeronda iki qardaşı maşın vurdu - Biri öldü

KRİMİNAL

384

21.08.2020, 20:53

Abşeron rayonunda avtomobil iki azyaşlını vurub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 20-də, saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - doqquz yaşlı Rüstəm Həsənovu və yeddi yaşlı qardaşı Muradı vurub.

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb.

Hazırda Abşeron RPİ tərəfindən araşdırma aparılır.