Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37951
az

“Lotu Quli”nin adamlarının Bakıda şok əməlləri - İstintaq başladı

14:5821 Avqust, 2020
2196
KRİMİNAL
  • A
Rusiyada həbs olunaraq Azərbaycana ekstradisiya edilən mütəşəkkil dəstənin üzvü barəsində bir neçə maddə ilə ittiham irəli sürülüb. Demokrat.az-ın məlumatına görə, Elvin Əliqismət oğlu Cəfərovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən adam oğurluğu törətmək), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib. İttihama görə, Elvin Cəfərov Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvü olub. Mütəşəkkil dəstənin üzvləri bir neçə il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunsalar da, Elvin Cəfərov istintaqdan yayına bilib. O, bu günlərdə Rusiyada həbs olunaraq Azərbaycana gətirilib. Cinayət işi üzrə ibtidai istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır. Bildirilir ki, Elvin Cəfərovun üzv olduğu mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifova yaxın adam olub. “Lotu Quli” bu ilin avqustun 19-da Türkiyənin Antaliya şəhərində qətlə yetirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır
Bakıda müğənni bıçaqlandı
İki azyaşlı bacısını öldürüb parka gəzməyə getdi- Rusiyada dəhşət

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır