Faciə yaşandı: 3 nəfər ölüb,yaralılar var
17 May 2026, 12:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
993
25.07.2020, 20:07
Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, idarəyə Elşad adlı şəxsin "Sahil" bağında üzərində odlu silahla hərəkət etəməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Sabunçu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşad Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı "Naqan" sistemli revolver tapança və həmin silaha aid 7 ədəd patron aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Elşad Əliyevin Nərimanov rayonunda yaşadığı evdən əlavə 1 ədəd əl qumbarası, onun alışqanı və 1 ədəd partlayıcı maddə aşkar olunaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, silah-sursat Elşad Əliyevə 2007-ci ildə dünyasını dəyişən atasından qalıb və o, bu günə kimi həmin döyüş ləvazimatlarını polisə təhvil verməyərək qanunsuz olaraq özündə saxlayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elşad Əliyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
15:14 / 17 May 2026
49
15:00 / 17 May 2026
46
14:45 / 17 May 2026
56
14:41 / 17 May 2026
57
14:40 / 17 May 2026
60
14:24 / 17 May 2026
61
14:20 / 17 May 2026
64
14:20 / 17 May 2026
54
14:15 / 17 May 2026
67
14:02 / 17 May 2026
402
14:00 / 17 May 2026
58
13:55 / 17 May 2026
61
13:54 / 17 May 2026
122
13:52 / 17 May 2026
74
13:47 / 17 May 2026
59
13:39 / 17 May 2026
74
13:34 / 17 May 2026
73
13:31 / 17 May 2026
62
13:30 / 17 May 2026
60
13:26 / 17 May 2026
61
13:18 / 17 May 2026
295
13:12 / 17 May 2026
72
13:10 / 17 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.