Qaynar xətt:

(+99450) 247 90 86

Bakının mərkəzində silahlı şəxs tutuldu

Bakının mərkəzində silahlı şəxs tutuldu

KRİMİNAL

935

25.07.2020, 02:32

Bakı və Şəki sakinlərində silah-sursat aşkarlanıb.

Oxu24.com  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş C.Hüseynovdan müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi götürülüb.