Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli hadisə - 20 yaşlı oğlanın meyiti tapıldı 

Azərbaycanda dəhşətli hadisə - 20 yaşlı oğlanın meyiti tapıldı 

KRİMİNAL

869

24.07.2020, 20:22

Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun axtarışları başa çatıb.

Oxu24.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, A.Cavadovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun batması barədə məlumat daxil olub.

Oxu24.com  FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.