Lənkəranda 3 ailənin yaşadığı ev yanıb - FOTO
17 Noyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1091
10.07.2020, 16:09
İyulun 9-da saat 21 radələrində Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal Adil Həbiyevin yaşadığı evə baxış keçirilərkən bədəni üzərində müxtəlif xəsarətlər olan Bağdagül Həbiyeva evin yataq otağında zəncirlə bağlı vəziyyətdə aşkar edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, araşdırmalarla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 2013-cü ildən ailəsindən boşanaraq onunla birlikdə yaşayan, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın yüngül həyat tərzi keçirməsindən şübhələndiyinə görə cari il aprelin 2-dən Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evin yataq otağında zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Həbiyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
18:55 / 17 Noyabr 2026
38
18:50 / 17 Noyabr 2026
41
18:40 / 17 Noyabr 2026
161
18:38 / 17 Noyabr 2026
58
18:28 / 17 Noyabr 2026
73
18:21 / 17 Noyabr 2026
78
17:59 / 17 Noyabr 2026
90
17:49 / 17 Noyabr 2026
84
16:51 / 17 Noyabr 2026
109
16:34 / 17 Noyabr 2026
116
16:29 / 17 Noyabr 2026
111
16:21 / 17 Noyabr 2026
130
16:12 / 17 Noyabr 2026
111
15:57 / 17 Noyabr 2026
132
15:43 / 17 Noyabr 2026
152
15:12 / 17 Noyabr 2026
142
15:07 / 17 Noyabr 2026
142
14:52 / 17 Noyabr 2026
185
14:35 / 17 Noyabr 2026
187
14:15 / 17 Noyabr 2026
140
14:02 / 17 Noyabr 2026
173
13:57 / 17 Noyabr 2026
164
13:45 / 17 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.