Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32706
az

Azərbaycanda dəhşət: Parkda bıçağı ürəyinə sancdı

19:4307 İyun, 2020
662
KRİMİNAL
  • A

Sumqayıtda borc üstündə bıçaqlanma olub.

APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhərin 10-cu mikrorayonunda baş verib. Bıçaqlanma zamanı 31 yaşlı Namiq Rəhimov və 32 yaşlı Zöhrab Qasımov hadisə yerində ölüb. Zöhrabın qardaşı, 35 yaşlı Tofiq Qasımov isə ağır yaralanaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. 

Qeyd edək ki, borc üstündə dava şəxslər  bir məhəllənin sakinləri olub. 

Baş verən qətllə bağlı Baş Prokurorluq məlumat yayıb. Məlumatda bildirilir ki, 6 iyun 2020-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 6 saylı binanın yaxınlığındakı parkda şəhər sakini, 1989-cu il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitinin aşkar olunması, 1989-cu il təvəllüdlü şəhər sakini Rəhimov Namiq Tahir oğlunun isə  üzərində soyuq silahla yetirilməyə xarakterik xəsarətlərlə şəhər Təcili Tibbi Yardım xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları “MTE və PA” birliyinin Sumqayıt şəhər şöbəsinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yerindən cinayətin aləti olan iki ədəd bıçaq və digər əşyalar götürülüb, təxirəsalınmaz prosessual hərəkətlər aparılıb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, hadisəni görən şəxslərin dairəsi müəyyənləşdirilərək dindiriliblər.
İlkin istintaqla müəyyən edilib ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımova kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhraba isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi yetirib.

Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da həkimlərin səyinə baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı
Qadını fotolarla şantaj edən şəxs saxlanıldı
Keçmiş məhkum 87 yaşlı qadına qarşı soyğunçuluq etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı