Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəza: Sürücünün meyiti maşın kəsilib çıxarıldı

Dəhşətli qəza: Sürücünün meyiti maşın kəsilib çıxarıldı

KRİMİNAL

1046

29.05.2020, 08:54

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Quba rayonunun Ördüc kəndi ərazisində "UAZ" markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.