Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31033
az

Azərbaycanda qandonduran cinayət: Atasının başını balta ilə dağıtdı - VİDEO

23:5312 May, 2020
809
KRİMİNAL
  • A

Şirvanda ruhi xəstə olan qadın atasını baltalayaraq öldürüb. Qətli törədən qadının respublika psixatriya xəstəxanasına dispanserizasiya ediləcəyi bldirilir. Kürdəmir sakini isə qardaşının hamilə arvadını g üllələyib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Şirvanda qadın atasını balta ilə öldürüb. Hadisə bu gecə saat 3.00 radələrində Şirvan şəhəri, Məmməd Araz küçəsi ev 22-də yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Şizofreniya xəstəsi olan 43 yaşlı Mirsəkinə Əkbərova atası - 87 yaşlı Nadir Əkbərovu baş nahiyəsindən balta ilə bir neçə zərbə ilə qətlə yetirib. Meyit Şirvan pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib. Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş ataları ilə birgə yaşayırmış. Gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilib. Qətldə istifadə olunan balta maddi sübut kimi götürülüb. Qətli törədən qadının respublika psixatriya xəstəxanasına dispanserizasiya ediləcəyi bildirilir. Faktla bağlı Şirvan şəhər prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

Kürdəmir sakini isə qardaşı arvadını güllələyib. Hadisə rayonun Sığırlı kəndində baş verib. Kənd sakini Ramo Mövlayev qardaşının yoldaşı 20 yaşlı Könül Mövlayevə ov tüfəngindən atəş açıb. Könül Mövlayeva yaxınlarının köməkliyi ilə dərhal Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Ramo Mövlayev şübhəli şəxs qismində saxlanıb.Hazırda faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki,güllə xəsarəti alan Könül Mövlayeva hamilədir və bundan başqa onun 10 aylıq körpə uşağı var. Hadisəni törədən Ramoy Mövlayevin 2 ci qrup əlil olduğu və ruhi xəstə olduğu bildirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alidə Kazımova qətlə yetirilib
Meyiti tapılan şəxs kim imiş?
Bakıda

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda ticarət mərkəzindən oğurluq