Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda şok olay: Sahibkar fəhləni işgəncəylə işlətdi

Bakıda şok olay: Sahibkar fəhləni işgəncəylə işlətdi

KRİMİNAL

771

11.03.2020, 16:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda  ferma sahibi fəhləni əmək müqaviləsi olmadan çalışdırıb.

“Report” xəbər verir ki, hadisə Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, V.A. adlı şəxs məcburi əmək qurbanı olub.

Belə ki, o, fermada əmək müqaviləsi olmadan, işgəncə verilməklə fəhlə adı ilə saxlanılaraq əməyi istismar edilib.

Daha sonra V.A.-nın yaxınları bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Dərhal müvafiq tədbirlər görülüb və V.A məcburi əmək qurbanı olmaqdan azad olunub.

Qeyd olunan ferma sahibi barəsində isə müvafiq tədbirlər görülüb.