Qaynar xətt:

(+99450) 247 90 86

Polis axtarışda olan 40 nəfəri yaxaladı

Polis axtarışda olan 40 nəfəri yaxaladı

KRİMİNAL

371

11.03.2020, 10:30

Dünən paytaxtda baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Oxu24.com-a BŞBPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da 24 cinayətin üstü açılıb. Onlardan 3-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 40 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.