DTX əməliyyat keçirib:Həbs olunan BALAYEV KİMDİR?
26 Oktyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1019
09.03.2020, 15:59
Xəzər rayonu Albalılıq bağlar massivində yerləşən, Zöhrə Mahmudovaya məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
DİN-dən Oxu24.com-a verilən məlumata görə, qeyd edilən bağ sahəsi Xəzər rayonunda yerləşsə də, ərazi üzrə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər bir nəfərin həyətdəki yardımçı otaqda yerləşən kombi aparatını oğurlanmaq istədiyinin şahidi olublar. Polis əməkdaşlarını görən həmin şəxs ərazidən qaçmağa çalışıb. Mühafizə polisləri tərəfindən təqib edilən şübhəli şəxs dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq qonşu bağ sahələrinin də həyətinə daxil olaraq ərazidən uzaqlaşmağa çalışıb. Bu səbəbdən idarənin tutucu qrupunun üzvü cinayəti törədən şəxsi yaxalamaq üçün üzərindəki “Makarov” markalı tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb və bundan sonra həmin şəxsi saxlamaq mümkün olub. Ərazi üzrə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə təhvil verilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Masallı rayon sakini Əliyev Rasim Nəhmət oğlu olduğu məlum olub. Saxlanılan şəxsin ətrafında araşdırma aparılan zaman onun Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda 5 bağ evi və 1 iaşə obyektindən məişət əşyaları, təmir-tikinti alətləri və inşaat materialları oğurladığı məlum olub.
Rasim Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.



22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.