Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobil körpüdən aşıb, xəsarət alan var - FOTO

2018-06/1528000181_656344.jpg

KRİMİNAL

1381

03.06.2018, 08:28

\"\" Bakı-Qazax magistral yolunda avtomobil körpüdən aşıb, xəsarət alan var.
 OXU24.COM APA-ya istinadən bildirir ki, hadisə yolun Samux rayonunun Zazalı kəndi ərazisində baş verib. Gəncədən paytaxt istiqamətində hərəkətdə olan \"Leksus\" markalı avtomobil magistral yolun üzərindən keçən körpüdən aşıb. Qəza zamanı sürücü Goranboy rayonunun Muzdular kənd sakini 1988-ci il təvəllüdlü Cəfərov Elşən Arzuman oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir. Fakt araşdırılır.