Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2387
az

Faciəli şəkildə ölən fəhlənin evdə 2 əlil bacısı qalıb - TƏCİLİ KÖMƏK LAZIM!

12:1330 May, 2018
5308
KRİMİNAL
  • A

 Zərdab rayonundan Bakıya işləməyə gələn fəhlə faciəli şəkildə dünyasını dəyişib.


Femida.az xəbər verir ki, mərhumun dostu Fəqan Rüstəmovun sözlərinə görə, Tağıyev Ramin Əli oğlu iş yerində - "Avtovağzal" Kompleksinin yaxınlığında yerləşən həyət evlərinin birində işləyərkən yıxılaraq dünyasını dəyişib: 

"Ramin kasıb bir insan idi, Maştağada çətinliklə özünə ev-eşik düzəltmişdi. Üç uşaq atası idi. Çox kasıb yaşayırdılar. Rayonda yaşayan 2 bacısının gözləri görmür, ata və anası da xəstədi, onlara Ramin baxırdı. Hadisə olan gün mənə zəng vurmuşdu, dedi ki, Maştağada evim var, kömək elə onu satım, bir az yaxınlardan ev alım, işim çox vaxt mərkəzə yaxın yerlərdə olur deyə, çətinlik çəkirəm. O puldan bacılarına da köməklik etmək istəyirdi".

Dostunun dediyinə görə, Ramin Tağıyev "Avtovağzal" Kompleksinin yaxınlığında 6 otaqlı evin qarajında işləyərkən 2-ci mərtəbədən yıxılıb: 

"Həmin işi başqa usta keyfiyyətsiz görübmüş, işi veriblərmiş ki, Ramin keyfiyyətli şəkildə təzədən işləsin. İkinci mərtəbədə işləyərkən yıxılıb və yerə dəyən kimi də dünyasını dəyişib. Çox dəhşətli hadisədir, onun körpələrinin, xəstə ailə üzvlərinin halı necə olacaq, bilmirik".

Fəqan Rüstəmov həmçinin bildirib ki, Ramin Tağıyevin ailəsinin durumu olduqca acınacaqlı vəziyyətdədir.Ailənin maddi sıxıntıları olduğundan yas məclisini verməkdə belə çətinlik çəkirlər.Bu səbəbdən də imkanlı şəxslərin bu ailəyə dəstək olmasını xahiş etdiyini bildirib.

Ailəyə kömək etmək istəyən şəxslər üçün əlaqə vasitəsi: 0502946363 Fəqan Rüstəmov Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vardanyanın məhkəməsi başlayır
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı

Yeni ilə dəqiqələr qalmış niyə 12    üzüm     yedilər?

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Azyaşlının əlində pirotexniki vasitə partladı- Ağır yaralandı