"Ergotransit Global Inc.” şirkəti Azərbaycanda nümayəndəlik açıb.
Oxu24.com xəbər verir ki,bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Aprelin 24-də dövlət qeydiyyatına alınmış şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Zərifə Əliyeva ev 55, mənzil 1-dir. Kommersiya qurumunun qanuni təmsilçisi isə Elxan Əbdülqafar oğlu Hacıyevdir.
E.Hacıyev Beynəlxalq Kollecin müəllimi, Beynəlxalq Yol Polisi və Nəqliyyat Təşkilatının Baş Assambleyasının üzvü, yol polisi mayoru, "Nəqliyyat hüququ" elmi-nəzəri jurnalının redaktorudur. Oxu24.com
ŞƏRHLƏR