Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli anlar - Piyada avtobusun altında qaldı (VİDEO)

2018-05/1527590313_1527586736_news_20180529123851.jpg

KRİMİNAL

2568

29.05.2018, 14:39

\"\" \"BakuBus” 5 saylı avtobusun piyadanı vurması ilə bağlı videogöntü yayıb.
oxu24.om  xəbər verir ki, \"BakuBus\" MMC paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzası barədə videogörüntü yayıb. Mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (\"Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb. Görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən \"BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mayın 22-də Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayılıb. \"BakuBus” MMC KİV nümayəndələrindən bir daha xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar.