Qaynar xətt:

(+99450) 247 90 86

5 yaşlı uşaq anasını necə güllələyib? - Cinayət işi açıldı

2018-05/1527581770_polis_yeni_1518511611_1520063614.jpg

KRİMİNAL

1077

29.05.2018, 12:15

\"\" Daxili İşlər Nazirliyi Ağsuda azyaşlının anasını öldürməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb. Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı araşdırma aparılır.