Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22565
az

Bakıda dəhşətli qəza törədən sürücü barədə ŞOK XƏBƏR

14:3111 Yanvar, 2020
481
KRİMİNAL
  • A

 

 

Ötən il Bakı şəhərinin Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi törətmiş Rəcəb Rəhimov barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü, yəni, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ölümlə nəticələndikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İstintaq zamanı sürücünün sərxoş olması və ya sürücülük vəsiqəsinin olmaması məlum olub.

 

Məhkəmə prosesi hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə 3 nəfər zərərçəkən şəxs qismində tanınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul Məmmədov Pünhan Valeh oğlu idarə etdiyi "90-HX-930 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobil Heydər Əliyev prospektində yüksək sürətli hərəkətdə yolda olarkən dayanmanın qadağan olunduğu hissədə anidən dayanıb. Bu zaman avtomobildə olan sərnişin düşərək yolu keçmək istəyib.

Nəticədə arxadan yüksək sürətlə gələn 99-MH-889 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı nəqliyyat vasitəsi sərnişini vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

14 il direktor işləyən qadın 995 min manat mənimsəyib
Əhmədin cinayət işi məhkəməyə göndərildi
Bank kartından pul oğurlayan şəxs tutuldu

Fillər xüsusi səslər çıxararaq bir-birlərinə çağırırlar-ARAŞDIRMA

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
14 il direktor işləyən qadın 995 min manat mənimsəyib