Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21659
az

Bakıda baş verən qətlin təfərrüatı: Qısqanc ər güllə ilə bacanağının gözündən vurdu

15:2428 Dekabr, 2019
511
KRİMİNAL
  • A
Dekabrın 27-də səhər saatlarında Bakının Xətai rayonunda törədilən qətlin qısqanclıq zəminində baş verdiyi məlum olub. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Xatırladaq ki, saat 08:00 radələrində Səməd bəy Mehmandarov küçəsində, 74 nömrəli binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb. Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu saxlanılıb. Əldə edilən məlumata görə, X.Cəfərovu K.Mahmudov güllə ilə gözündən vurub. Cinayət silahı kustar üsulla hazırlanan 8 mm kalibrli revolver olub. X.Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub. Bildirilir ki, K.Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gələndə, mənəvi dəstək üçün N.Eminovu da özü ilə gətirib. Nəticədə, bacanaqların biri ölüb, ikisi isə dəmir barmaqlıqlar arxasına göndərilib. Faktla bağlı araşdırmalar davam edir. Qeyd edək ki, dekabr başlayandan Bakıda üç qətl hadisəsi baş verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi
DİN-dən bu şəxslə bağlı əhaliyə müraciət etdi- FOTO
Keçmiş məhkumdan 7 kq narkotik götürüldü - FOTO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi