Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
21 Noyabr 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1034
25.12.2019, 17:39
Azərbaycanlı “oğru” Nadir Səlifovun (“Quli”) bacısı oğlu, kriminal avtoritet Məhəmməd Qurbanovun (“Maqa Rustavski”) bıçaqlanması “oğru dünyası”nda təlatümlərə səbəb ola bilər.
Yenisabah.az xəbər verir ki, Nadir Səlifov və tərəfdarları bu hadisənin üzərində sükutla keçmək niyyətində görünmür.
Məhəmməd Qurbanov bir neçə gün əvvəl İstanbuldakı restoranların birində bıçaqlanıb. Məhəmməd Qurbanov həmin restoranda dostları ilə dincəlirmiş. Nadir Səlifovla aralarında konflikt olan gürcü “oğru” Quram Çixladze 15-20 nəfərlər restorana daxil olaraq Məhəmməd Qurbanovu masasına çağırıb. O, “oğru” titulu almağa can atan Məhəmməd Qurbanovdan nə üçün bu ada yiyələnmək istədiyinin səbəbini soruşub.
Nadir Səlifovun bacısı oğlu kriminal düşüncəyə uyğun olaraq “mən özümü “oğru” kimi görürəm” deyə cavab verib. Quram Çixladze isə bu ilin avqustunda İstanbulda Nadir Səlifova yaxınlığı ilə seçilən qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyevlə (“Arman Dikiy”) aralarındakı insidenti xatırladıb.
Həmin vaxt Arman Cumagəldiyev Quram Çixladzeyə yumruq zərbəsi vurub. O, Məhəmməd Qurbanova bildirib ki, əgər özünü “oğru” kimi görürsə, bəs o zaman “oğru”ya əl qaldırılmasına niyə biganə qalıb? Quram Çixladzenin bu zaman Arman Cumagəldiyevi “frayer”(oğru jarqonunda kriminal aləmə yad olan şəxslərə deyilir) adlandırması Məhəmməd Qurbanovu qəzəbləndirib. Onun Quram Çixladzeyə cavabı sərt olub. Gürcü “oğru” isə Məhəmməd Qurbanovun cavabından sonra ona hücum edib. Quram Çixladze ilə restoranlara gələnlər də ona qoşulub. Bu zaman gürcü “oğru”nun dəstəsində olan “Naxçıvanlı Emin” Məhəmməd Qurbanovu bıçaqlayıb.
Hadisə Quram Çixladzenin Məhəmməd Qurbanova hücumu birincinin Teymuraz Çuradze (“Aleko Şoşiya”) ilə barışıq əldə etməsindən qısa müdət sonra baş verməsi təsadüfi sayılmır. Məsələ burasındadır ki, Quram Çixladze ilə Teymuraz Çuradzenin barışdıran Rusiyanın nüfuzlu “oğru”su Zaxari Kalaşov (“Şakro Molodoy”) olub. Onun isə Nadir Səlifovla münasibətləri ürəkaçan deyil.
Zaxari Kalaşovun Quram Çixladze ilə Teymuraz Çuradzeni barışdırması Nadir Səlifova qarşı yeni cəbhə yaratması kimi qiymətləndirilirdi. Barışıqdan az sonra Quram Çixladzenin Məhəmməd Qurbanova hücum çəkməsi deyilənlərin əsassız olmadığını ortaya qoyub. Nadir Səlifov da bunun fərqindədir. Bu baxımdan onun yalnız Quram Çixladzeni cəzalandıracağı inandırıcı görünmür.
Güman ki, Nadir Səlifovun qisas əməliyyatı Zaxari Kalaşova qədər gedib çıxacaq. Nəzərə almaq lazımdır ki, Nadir Səlifovla müttəfiq olan Merab Canqveladze (“Merab Suxumski”)də Zaxari Kalaşovun kriminal aləmi öz istəyinə uyğun idarə etməsinə qarşıdır və bu baxımdan onların münasibətləri yaxşı deyil. Zaxari Kalaşov da öz növbəsində təkcə Nadir Səlifov deyil, Merab Canqveladzeni də kriminal aləmdən silməyə çalışır. Bütün bunlar isə “oğru dünyası”nın bir-birinə girməsini qaçılmaz edəcək.
16:39 / 21 Noyabr 2026
1
16:26 / 21 Noyabr 2026
108
16:20 / 21 Noyabr 2026
61
16:05 / 21 Noyabr 2026
59
16:00 / 21 Noyabr 2026
86
15:49 / 21 Noyabr 2026
91
15:48 / 21 Noyabr 2026
69
15:36 / 21 Noyabr 2026
100
15:35 / 21 Noyabr 2026
86
15:32 / 21 Noyabr 2026
85
15:30 / 21 Noyabr 2026
185
15:29 / 21 Noyabr 2026
64
14:55 / 21 Noyabr 2026
97
14:50 / 21 Noyabr 2026
116
14:35 / 21 Noyabr 2026
560
14:28 / 21 Noyabr 2026
89
14:20 / 21 Noyabr 2026
113
14:19 / 21 Noyabr 2026
108
14:05 / 21 Noyabr 2026
121
14:00 / 21 Noyabr 2026
138
13:34 / 21 Noyabr 2026
197
12:58 / 21 Noyabr 2026
814
12:46 / 21 Noyabr 2026
2374
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.