Sirkə turşusundan zəhərlənən qadın vəfat etdi
11 Aprel 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
829
25.12.2019, 10:32
Nəsimi rayonunda insanların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onları işə düzəltmək adı altında aldadan və xeyli miqdarda maddi vəsaitlərini ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Məmmədov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, V.Məmmədov bir neçə ay əvvəl Nəsimi rayonu ərazisində ofis açaraq müxtəlif vasitələr, o cümlədən sosial şəbəkələrdə xaricdə yüksək məvacibli iş elanları verməyə başlayıb. O, iş üçün ona müraciət edən şəxsləri Almaniya, Çexiya, Polşa respublikalarında yerləşən şokolad fabrikləri, Norveç Krallığında balıq fabriki, Estoniya Respublikasında yerləşən avtomobil zavodunda işlə təmin edəcəyinə söz verərək onları dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edən 15 nəfər zərərçəkəni bu üsulla aldadan V.Məmmədov ümumilikdə onların 50 min manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.
Həmçinin oxuyun
Qeyd olunan faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, “102” Zəng Mərkəzinə, Nəsimi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
20:53 / 11 Aprel 2026
19
20:40 / 11 Aprel 2026
25
20:28 / 11 Aprel 2026
37
20:10 / 11 Aprel 2026
64
19:46 / 11 Aprel 2026
55
19:36 / 11 Aprel 2026
69
19:26 / 11 Aprel 2026
58
19:16 / 11 Aprel 2026
74
19:05 / 11 Aprel 2026
147
18:34 / 11 Aprel 2026
69
18:14 / 11 Aprel 2026
85
18:02 / 11 Aprel 2026
114
17:40 / 11 Aprel 2026
330
16:09 / 11 Aprel 2026
1604
16:05 / 11 Aprel 2026
727
16:00 / 11 Aprel 2026
440
13:04 / 11 Aprel 2026
197
12:43 / 11 Aprel 2026
2545
10:58 / 11 Aprel 2026
124
10:57 / 11 Aprel 2026
120
10:26 / 11 Aprel 2026
110
10:25 / 11 Aprel 2026
142
10:23 / 11 Aprel 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.