Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qanlı gecə: Gənci maşınında güllələdilər

2019/12/23/1577076937_1577043939557_kww7totu.jpeg

KRİMİNAL

1234

23.12.2019, 08:53

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb. Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır. Bakının Yasamal rayonunda baş vermiş silahlı insident zamanı yaralananların sayı artıb. APA-nın məlumatına görə, "Niva" markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib. Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.