Bakıda dəm qazı 27 yaşlı qadının həyatına son qoydu
25 Yanvar 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
768
21.12.2019, 17:40
Nəsimi rayonunda siqaret istəmək adı ilə zərərçəkənə yaxınlaşan və ona qarşı quldurluq edən 3 "dost" saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Nəsimi rayonu, Moskva prospekti 82 ünvanında Bakı şəhər sakini Elnur Niftullayevə qarşı quldurluq edilib. Hadisə zamanı naməlum şəxslər zərərçəkənə əvvəlcə siqaret isdəmək adı ilə yaxınlaşıblar. Daha sonra onu yaşayış binalarının arasına aparıb boğmağa cəhd edərək quldurluq yolu ilə zərərçəkənin 500 manat dəyərindəki "Samsung" markalı mobil telefonunu və içərisində 100 manat olan pul kisəsini ələ keçiriblər. Zərərçəkən hadisədən sonra Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Şöbəsinə məlumat verib. Dərhal əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib və iş üzrə E.Niftullayevin izahatı alınıb.
Nəsimi RPİ və 19-cu PŞ əməkdaşlarının "isti" izlərlə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuşlar - paytaxt sakini Kamran Pirquliyev, Saatlı rayon sakini Qasım Əliyev və Xaçmaz rayon sakini Qərib Abdalov saxlanılıblar. Hər 3 şəxs ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.
Həmçinin oxuyun
Qeyd edək ki, aralarındakı rol bölgüsünə əsasən hadisə zamanı əvvəlcə Qasım Əliyev zərərçəkənə yaxınlaşaraq ondan siqaret istəyib. Daha sonra Kamran Pirquliyev və Qərib Abdalov həmin şəxsə arxadan yaxınlaşaraq onun boğazından tutub zorakılıq hərəkətləri edərək ona müxtəlif bədən xəsarətləri yetirməklə zərərçəkənin üzərində olan qiymətli əşyaları və pulu tələb ediblər.
Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
03:10 / 25 Yanvar 2026
1
02:27 / 25 Yanvar 2026
21
02:13 / 25 Yanvar 2026
36
01:50 / 25 Yanvar 2026
38
01:31 / 25 Yanvar 2026
59
01:18 / 25 Yanvar 2026
43
01:06 / 25 Yanvar 2026
46
00:28 / 25 Yanvar 2026
79
00:14 / 25 Yanvar 2026
67
00:08 / 25 Yanvar 2026
18623
00:05 / 25 Yanvar 2026
26529
00:00 / 25 Yanvar 2026
621
23:54 / 24 Yanvar 2026
56
23:43 / 24 Yanvar 2026
96
23:36 / 24 Yanvar 2026
49
23:27 / 24 Yanvar 2026
81
23:17 / 24 Yanvar 2026
80
23:10 / 24 Yanvar 2026
86
23:01 / 24 Yanvar 2026
55
22:44 / 24 Yanvar 2026
191
22:35 / 24 Yanvar 2026
762
22:29 / 24 Yanvar 2026
75
22:27 / 24 Yanvar 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.