Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşət: Çoban özünü öldürdü

2019/12/19/1576740648_d5c8869f-11b4-4271-8d11-68e07de7fcb8.jpg

KRİMİNAL

503

19.12.2019, 11:29

Saatlı sakininin özünü güllələməsi hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan  oxu24.com-a verilən məlumata görə, hadisə dekabrın 18-də saat 12 radələrində rayonun Dədə Qorqud kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini Əliyev Sakit Əjdər oğlunun kənddə yerləşən fermada ov tüfəngindən bir dəfə atəş açmaqla özünü öldürməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının, məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunub, habelə aşkar edilmiş maddi sübutlar qablaşdırılaraq götürülüb və digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılıb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.