Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var
10 Aprel 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
532
19.12.2019, 10:17
Xaçmazda narkotik vasitə satan dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Oxu24.com- a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə olan heroin dövriyyədən çıxarılıb.
Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 65 yaşlı Telman Abasov saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin aşkar olunub.
Həmçinin oxuyun
Polis əməkdaşları tərəfindən onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Davam etdirilən tədbirlərlə heroini T.Abasova satmaqda şübhəli bilinən 3 nəfərdən ibarət dəstə üzvləri ifşa edilib.
Araşdırmalarla onların Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Rahim Əhmədov, Sumqayıt şəhər sakinləri 32 yaşlı Zaur İbrahimov və 36 yaşlı Əliağa Novruzov olduqları məlum olub. Həmin şəxslər Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində saxlanılaraq Xaçmaz RPŞ-nə gətiriliblər. Üzərilərinə keçirilən şəxsi axtarış zamanı onlardan ümumilikdə 50 qramdan çox satış üçün hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı hər üç şəxs narkotik maddələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
21:48 / 10 Aprel 2026
11
21:29 / 10 Aprel 2026
29
21:19 / 10 Aprel 2026
42
20:55 / 10 Aprel 2026
74
20:53 / 10 Aprel 2026
63
20:47 / 10 Aprel 2026
197
20:45 / 10 Aprel 2026
52
20:36 / 10 Aprel 2026
171
20:29 / 10 Aprel 2026
188
20:18 / 10 Aprel 2026
70
20:05 / 10 Aprel 2026
63
19:51 / 10 Aprel 2026
142
19:37 / 10 Aprel 2026
76
19:22 / 10 Aprel 2026
77
19:12 / 10 Aprel 2026
97
18:50 / 10 Aprel 2026
88
18:35 / 10 Aprel 2026
158
18:19 / 10 Aprel 2026
99
18:10 / 10 Aprel 2026
170
17:59 / 10 Aprel 2026
193
17:24 / 10 Aprel 2026
73
17:13 / 10 Aprel 2026
77
17:06 / 10 Aprel 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.