Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
21 Noyabr 2026, 17:17
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
645
18.12.2019, 12:31
Azərbaycan Respublikası Baş Prokurorluğu Elvin İsayevin həbsi ilə bağlı rəsmi açıqlama yayıb.
Baş prokurorluğun Mətbuat Xidmətindən Oxu24.com-a daxil olan açıqlamada deyilir:
"Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının vətəndaşı İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.
Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respubilkasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilərək xahişi əsasında Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasovanın iştirakı ilə ona ittiham elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayətin digər iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Elvin İsayevin saxlanma şəraiti və səhhəti normaldır".
19:14 / 21 Noyabr 2026
1
19:12 / 21 Noyabr 2026
19
18:41 / 21 Noyabr 2026
69
18:29 / 21 Noyabr 2026
85
18:19 / 21 Noyabr 2026
83
18:18 / 21 Noyabr 2026
91
17:54 / 21 Noyabr 2026
161
17:43 / 21 Noyabr 2026
1296
17:30 / 21 Noyabr 2026
122
17:17 / 21 Noyabr 2026
104
17:16 / 21 Noyabr 2026
144
17:08 / 21 Noyabr 2026
138
16:45 / 21 Noyabr 2026
108
16:39 / 21 Noyabr 2026
135
16:26 / 21 Noyabr 2026
257
16:20 / 21 Noyabr 2026
133
16:05 / 21 Noyabr 2026
114
16:00 / 21 Noyabr 2026
165
15:49 / 21 Noyabr 2026
155
15:48 / 21 Noyabr 2026
115
15:36 / 21 Noyabr 2026
146
15:35 / 21 Noyabr 2026
115
15:32 / 21 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.