Qaynar xətt:

(+99450) 247 90 86

Bakının mərkəzindəki bağda quldurluq - Gecə saat 4-də...

2019/12/17/1576563553_polis-merkezinin-onu-kan-golune-dondu-2-olu-5-12349651_703_o.jpg

KRİMİNAL

528

17.12.2019, 10:16

Bakıda quldurluq hadisəsi baş verib.

Oxu24.com   xəbər verir ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Rzayev dekabrın 15-də saat 2 radələrində 2 nəfərin onu döyərək pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb, digərinin şəxsiyyəti müəyyən edilib.


Onların həmin gün saat 4 radələrində Səbail rayonu Xəqani küçəsindəki bağda paytaxt sakini Ə.Nağıyevin qoluna bıçaqla xəsarət yetirib 83 manatını almaları da müəyyən edilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.