Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobil 5 yaşlı qızı vurdu – AYAĞI ƏZİLDİ

Bakıda avtomobil 5 yaşlı qızı vurdu – AYAĞI ƏZİLDİ

KRİMİNAL

640

16.12.2019, 20:36

Bakıda yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 13-də Bakı şəhər sakini, 5 yaşlı Ləmanın Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməmiş avtomobillə vurulması və uşağın ayaq nahiyəsindən xəsarət alması barədə 34-cü Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisənin "Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İ.Abidi saxlanılıb.