Qaynar xətt:

(+99450) 247 90 86

14 yaşlı oğlan atasının 300 manatlıq lotereyalarını oğurlayıb itkin düşdü

14 yaşlı oğlan atasının 300 manatlıq lotereyalarını oğurlayıb itkin düşdü

KRİMİNAL

774

16.12.2019, 14:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağcəbədi rayonunda azyaşlı atasının lotereyalarını oğurlayıb.

 

Oxu24.com   Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Qəsəbə sakini Abasquliyev Nazim Asif oğlu polisə müraciət edərək bildirib ki, oğlu, 2005-ci il təvəllüdlü Abasquliyev Şəhriyar Nazim oğlu qəsəbə ərazisindəki "Maqnit" marketin qarşısında onun lotereya satdığı əraziyə gəlib. Ata satışa çıxardığı lotereyaları 14 yaşlı oğluna həvalə edərək nahar etməyə gedib, lakin qayıdarkən oğlunu yerində görməyib.

Araşdırmalar zamanı məlum olub ki, 14 yaşlı Ş. Abasquliyev nənəsinə zəng vuraraq atasının 300 manatlıq lotereyasını oğurlayaraq lotereya olan çantanı boş vəziyyətdə zibil qabına atdığını deyib. Ş.Abasquliyev nənəsi ilə danışandan sonra telefonu söndürüb və həmin vaxtdan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.