Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb
10 Aprel 2026, 10:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
788
16.12.2019, 11:17
Ali Məhkəmədə sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacəliyevin barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şəxsin kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, S.Hacəliyev 2017-ci il martın 27-də Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.
Araşdırma zamanı məlum olub ki, S.Hacəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
Hadisə baş verən günü S.Hacəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.
Həmçinin oxuyun
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacəliyev həbs edilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib.
Məhkəmənin baxış iclasında qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, dörd il ərzində anası ilə S.Hacəliyev arasında münasibətlərin olduğunu ifadə edib:
“Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununla bağlı maraqlandım. Mənə dedilər ki, “onların münasibətləri var, guya sən bunu bilmirsən?” Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibəti yoxdur. Amma ona inanmadım”.
S.Hacəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi S.Hacəliyevin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
11:01 / 10 Aprel 2026
21
10:57 / 10 Aprel 2026
23
10:50 / 10 Aprel 2026
112
10:47 / 10 Aprel 2026
29
10:43 / 10 Aprel 2026
41
10:34 / 10 Aprel 2026
56
10:27 / 10 Aprel 2026
45
10:25 / 10 Aprel 2026
602
10:23 / 10 Aprel 2026
50
10:22 / 10 Aprel 2026
36
10:07 / 10 Aprel 2026
35
09:00 / 10 Aprel 2026
55
00:54 / 10 Aprel 2026
312
00:39 / 10 Aprel 2026
266
00:14 / 10 Aprel 2026
254
23:55 / 09 Aprel 2026
222
23:39 / 09 Aprel 2026
225
23:18 / 09 Aprel 2026
241
23:11 / 09 Aprel 2026
379
22:58 / 09 Aprel 2026
278
22:44 / 09 Aprel 2026
211
22:34 / 09 Aprel 2026
148
22:19 / 09 Aprel 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.