Skuterlə qadını vurub, qaçdı
09 Aprel 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
654
15.12.2019, 17:17
Azərbaycandakı “qanuni oğru” və “avtoritet”lərlə bağlı RƏSMİ AÇIQLAMA
Bəs hazırda Azərbaycanda “qanuni oğru” və ya “avtoritet”lər varmı?
Bu suala cavab tapmaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlamasında bildirdi ki, ölkədə bunun üçün real şərait yoxdur.
Həmçinin oxuyun
“Etiraf edək ki, müxtəlif adlar altında cinayətkarların ölkəmizdə fəaliyyət göstərməsi üçün heç bir real zəmin yoxdur. Cəmiyyət, ictimai münasibətlər dövlət qanunları ilə tənzimlənir”.
Qeyd edək ki, Azərbaycanda bu məsələ 90-cı illərin əvvəllərində aktiv idi. Lakin ulu öndər Heydər Əliyevin ölkə təhlükəsizliyilə bağlı yürütdüyü siyasət bir çox sahələr kimi bu məsələdə də müsbət nəticələr verdi.
Orxan Mansurzadə deyir ki, ümumiyyətlə bu məsələdə KİV də son dərəcə diqqətli olmalıdır.
“Bu xüsusda zəruri bir xatırlatma etmək istərdik ki, xüsusilə son zamanlar bir sıra KİV-lərdə “qanuni oğru” və ya “avtoritet”lər adı ilə kriminal aləmin bəzi tanınmış simalarının, islah olunmayan qatı cinayətkar-residivistlərin törətdikləri ağır cinayətlərin və bunun məntiqi nəticəsi kimi məhkəmələr tərəfindən uzunmüddətli həbs cəzalarına məhkum edilməklə yaşadıqları məhbəs həyatlarının faktiki təbliğ olunması gənc nəslin mili vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işinə xələl gətirir.
Bu ölkəmizdə yürüdülən fəal hüquq-mühafizə siyasətinə, cəzanın labüdlüyü prinsipinə kölgə salır. Hüququn aliliyinin təmin olunduğu cəmiyyətlərdə, o cümlədən respublikamızda belə ifadələrin gündəlik dövrü mətbuatda işlədilməsi və yayılması əvvəllər məhkum olunmuş şəxslərin təbliği və təşviqi baxımından qətiyyən yolverilməzdir”, - deyə qurum rəsmisi bildirib.
09:00 / 10 Aprel 2026
18
00:54 / 10 Aprel 2026
279
00:39 / 10 Aprel 2026
233
00:14 / 10 Aprel 2026
230
23:55 / 09 Aprel 2026
209
23:39 / 09 Aprel 2026
208
23:18 / 09 Aprel 2026
219
23:11 / 09 Aprel 2026
342
22:58 / 09 Aprel 2026
239
22:44 / 09 Aprel 2026
195
22:34 / 09 Aprel 2026
133
22:19 / 09 Aprel 2026
145
21:56 / 09 Aprel 2026
141
21:46 / 09 Aprel 2026
111
21:29 / 09 Aprel 2026
105
21:09 / 09 Aprel 2026
105
20:58 / 09 Aprel 2026
111
20:36 / 09 Aprel 2026
167
20:14 / 09 Aprel 2026
364
20:00 / 09 Aprel 2026
212
19:59 / 09 Aprel 2026
305
19:44 / 09 Aprel 2026
226
19:30 / 09 Aprel 2026
213
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.